Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ Dövlət katibi Marko Rubio ilə Birləşmiş Ştatların tarif məsələsini müzakirə edəcəyini bildirib.
“İki sahil” xəbər verir ki, Aleksandar Vuçiç görüşün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutacağını deyib.
“Rubio mənimlə görüşmək istədi, hesab edirəm ki, tarif məsələsini həll etmək mümkündür”, - deyə Serbiya Prezidenti qeyd edib.
O, həmin görüşdə ABŞ-ın tarif məsələsini həll etməyin mümkün olduğuna inandığını bildirib.
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları Qərbi Balkan regionunda ən çox Serbiyaya mənfi təsir göstərir. Serbiya regionda 35 faizlə ABŞ-ın ən sərt ticarət tarifi ilə üzləşən ölkədir.