17 sentyabr 2025 15:59
94

Donald Tramp Vindzorda Kral Çarlzla görüşüb

ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Britaniyaya rəsmi dövlət səfəri çərçivəsində bu gün Vindzora yollanıblar.

“İki sahil” xəbər verir ki, burada onları Uels Şahzadəsi Uilyam və onun həyat yoldaşı Keyt Middlton qarşılayıblar. Donra Prezident Tramp Kral Çarlz və Kraliça Kamilla ilə görüşüb.

Səfər çərçivəsində Vindzorda at arabası korteji təşkil olunacaq. Korteji Kral Süvari Alayı müşayiət edəcək, marşrut boyunca Böyük Britaniya Silahlı Qüvvələrinin nümayəndələri düzüləcək və həm ABŞ, həm də Böyük Britaniyanın himnləri səsləndiriləcək. Böyük Britaniya və ABŞ-ın F-35 hərbi təyyarələri, həmçinin “Red Arrows” qrupu tərəfindən aviaşou nümayiş etdiriləcək.

Daha sonra Prezident mərhum Kraliça Elizabetin məzarını ziyarət edəcək və dövlət ziyafətinə qatılacaq.