14 sentyabr 2025 01:13
86

Süni intellekt həkimlərə emosiyaları tanımaqda kömək edir

Yaponiyanın Tsukuba Universitetinin alimləri xəstələrin emosiyalarını başa düşmək üçün yeni multimodal süni intellekt sistemi hazırlayıblar. Texnologiya ürək döyüntüsü, tənəffüs, səs tonu və nitq məzmununu təmassız şəkildə toplayaraq analiz edir və emosional vəziyyəti müəyyənləşdirir.

“İki sahil” “MedicalXpress” portalına istinadla xəbər verir ki, sınaqlarda sistem emosiyaları həkimlərdən daha yüksək dəqiqliklə tanıya bilib. Bu, həm müalicə nəticələrinin, həm də xəstə məmnunluğunun yaxşılaşmasına kömək edə bilər.

Ənənəvi olaraq empatiya həkimlər üçün vacib bacarıq sayılır. Lakin araşdırma göstərir ki, süni intellekt emosiyaların tanınmasında həkimləri üstələmək gücünə malikdir. Bundan əlavə, təmassız üsul xəstələr üçün daha rahatdır və əlavə fiziki-psixoloji yüklənmənin qarşısını alır.

Mütəxəssislər hesab edirlər ki, bu texnologiya həkimlərin “empatiya yorğunluğu” riskini azalda, həmçinin yaşlılara qulluq və psixi sağlamlıq dəstəyi kimi sahələrdə də geniş tətbiq oluna bilər.