Amerika gəmisi Venesuelanın xüsusi iqtisadi zonasındakı balıqçı gəmisinə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Xil Pinto özünün "Telegram" kanalında bildirib.
"Venesuelaya məxsus "Karmen Rosa" gəmisi göyərtəsində orkinos balığı ovlayan doqquz sadə balıqçı ilə birlikdə, La-Blankilya adasından 48 dəniz mili şimal-şərqdə olarkən ABŞ Hərbi Dəniz Qüvvələrinin 2USS Jason Dunham" (DDG-109) esminesi tərəfindən qanunsuz və düşməncəsinə hücuma məruz qalıb", – deyə diplomat bildirib.
Qeyd olunur ki, amerikalı hərbçilər gəminin göyərtəsinə enib və balıqçıları təxminən səkkiz saat ərzində saxlayıblar. Bildirilir ki, ABŞ gəmisi qanadlı raketlərlə təchiz olunub və dəniz piyadaları ilə komplektləşdirilib.
Pintonun sözlərinə görə, insident zamanı Venesuela Silahlı Qüvvələri hadisəni real vaxtda aviasiya və donanma vasitəsilə izləyib, balıqçılar azad olunanadək onları müşayiət edib və təxribatlara uymayıb.
İnsident Venesuela Prezidenti Nikolas Maduronun ABŞ-ni ölkəni koloniyaya çevirmək istəməkdə ittiham etməsindən bir gün sonra baş verib.