13 sentyabr 2025 19:38
196

TIR sərnişin mikroavtobusuna çırpılıb: 15 yaralı - FOTO/VİDEO

Trabzonun (Türkiyə) Arsin rayonunda yüksək sürətlə hərəkət edən Azərbaycan dövlət nişanlı tır işıqforun qırmızı işığında dayanan sərnişin mikroavtobusuna çırpılıb.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, nəticədə mikroavtobus qarşısında dayanan yük maşını ilə tır arasında sıxılı vəziyyətdə qalıb.

Hadisə nəticəsində 15 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”