Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Antena 3 CNN" telekanalı məlumat yayıb.
"Hərbi Hava Qüvvələri milli hava məkanında pilotsuz uçuş aparatı ələ keçirib. Feteştidəki 86-cı aviabazadan iki "F-16" qırıcısı Rusiyanın Ukrayna hərbi strukturlarına endirdiyi zərbələrdən sonra Ukrayna ilə sərhəddə hava vəziyyətini izləmək üçün sentyabrın 13-də saat 18:05-də (Bakı vaxtı ilə 19:05 - red.) havaya qalxıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, dron Çiliya Veçedən təxminən 20 km cənub-qərbdə aşkar edilib, bundan sonra o, radarlardan itib.
"Dron yaşayış məntəqələri üzərində uçmayıb və əhalinin təhlükəsizliyinə birbaşa təhlükə yaratmayıb", - Müdafiə Nazirliyindən bildiriblər.