13 sentyabr 2025 20:36
101

İŞİD-ə qarşı əməliyyatda 10 nəfər həbs edilib - Türkiyədə

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, saxlanılan 14 şübhəlidən 10-u həbs edilib, 4-ü isə şərti olaraq sərbəst buraxılıb.

Şanlıurfa Respublika Baş Prokurorluğunun koordinasiyasında Şanlıurfa İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinə bağlı qruplar İŞİD terror təşkilatına maliyyə dəstəyi verdiyi müəyyən edilən şübhəlilərin izinə düşüb. Fiziki və texniki nəzarətdən sonra Şanlıurfa, Konya, Sivas, Niğde, Kayseri və Muğlada 14 ünvanda şübhəlilərə qarşı eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı aralarında 14 şübhəli saxlanılıb. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 16 687 ABŞ dolları, 470 avro, 22 925 türk lirəsi, qızıl-zinət əşyaları, 1 sənədsiz tapança, 2 ov tüfəngi və çoxlu təşkilati sənədlər aşkar edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”