Belarus prezidenti Aleksandr Lukaşenko kartof yeməyi çox sevdiyii bildirib.
“İki sahil” BELTA-ya istinadla xəbər verir ki, o, bunu Minskdə yenidən qurulan Loşitski kompleksinə baş çəkdikdən sonra deyib. Orada gənc rəssam Evgeniya Belarus rəhbərinə çəkdiyi tablonu hədiyyə edib.
Buna cavab olaraq Lukaşenko qıza şirniyyat verib, lakin bununla məhdudlaşmamaq qərarına gəlib.
"Mən rəsm demək istədim. Amma necə çəkəcəyimi bilmirəm. Sənə nə verəcəyimi düşünəcəm. Həmkarlarıma kartof verdiyim kimi" deyə, o, qeyd edib.
Eyni zamanda, prezident ondan kartofu bəyənib-bəyənmədiyini soruşub və müsbət cavab aldıqdan sonra kartofa olan sevgisindən danışıb.
“Mən onları çox sevirəm. Dünən mən günah işlətdim, yedim”, - deyən Belarus lideri əməl etdiyi pəhrizi pozduğunu eyham edib.