12 sentyabr 2025 14:24
122

Rusiya və Belarusun birgə hərbi təlimləri başlayıb

Rusiya və Belarusda “Qərb-2025” birgə hərbi təlimləri başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlim iki ölkənin silahlı qüvvələrinin cari ildə birgə təlimlərinin yekun mərhələsidir”, - deyə idarədən bildirilib.

Manevrlərin məqsədlərinə komandirlərin və qərargahların bacarıqlarının artırılması, qoşun qruplarının qarşılıqlı fəaliyyətinin və səhra təminatının səviyyəsinin yüksəldilməsi daxildir.

Təlim iki mərhələdə keçiriləcək.