2024-cü ildə Azərbaycanda ümumilikdə 19602 dövlət satınalma proseduru baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşları Məcid Miriyev və Nərmin Cəfərova qeyd ediblər.
Müəlliflərin sözlərinə görə, bu göstərici 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artımı ifadə edir. Satınalmaların ümumi məbləği isə 9845 milyon manat olub ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artım deməkdir. Müsabiqə əsaslı satınalmaların sayı artsa da, məbləğ baxımından azalma qeydə alınıb. Əksinə, bir mənbədən satınalma üsulu məbləğ baxımından üstünlük təşkil edib.
Gəncədə 428 kilometr içməli, 380 kilometr tullantı su xətti çəkilib - FOTO/VİDEO