Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) birgə ehtiyatları 2024-cü ilin sonundakı 70 milyard ABŞ dollarından 2025-ci ilin sonuna 85 milyard ABŞ dollarına yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının proqnozunda bildirilib.
Qeyd edilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları qarşıdakı dövrdə yavaş templə artmaqda davam edəcək.
Missiyanın proqnozlarına görə, bu ilin sonuna Neft Fondunun aktivləri 74,5 mlrd. dollara, 2027-ci ildə 75 mlrd. dollara, 2028-ci ildə 75,5 mlrd. dollara çatacaq.
ARDNF-in aktivləri üzrə gözləntilər 2029-cu il üzrə 76,2 mlrd. dollar, 2030-cu ildə 77,2 mlrd. dollar, 2031-ci ildə isə 78,4 mlrd. dollar təşkil edir.
IMF: Azərbaycanda dövlət müəssisələrinin rentabelliyi artırılmalı, subsidiyalar azaldılmalıdır
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib