2024-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi daxili məhsula (ÜDM) və dövlət büdcəsi xərclərinə nisbəti əhəmiyyətli dərəcədə artıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşları Məcid Miriyev və Nərmin Cəfərova qeyd ediblər.
Onların sözlərinə görə, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbəti 1,8 faiz bəndi, xərclərə nisbəti isə 5,3 faiz bəndi artaraq müvafiq olaraq 7,8% və 26,1% təşkil edib.
Müəlliflər bildiriblər ki, bu artım həm ÜDM-in, həm də dövlət xərclərinin yüksəlməsi fonunda müşahidə olunub. Yeni qanunun qüvvəyə minməsi isə həm məbləğ, həm də metodologiya baxımından satınalmaların həcmini artırıb.
Gəncədə 428 kilometr içməli, 380 kilometr tullantı su xətti çəkilib - FOTO/VİDEO