10 sentyabr 2025 16:49
123

Gürcüstan müdafiə nazirinin müavini "Ramşteyn formatı"nın iclasına qatılıb

Gürcüstanın müdafiə nazirinin müavini Qriqol Qiorqadze "Ramşteyn formatı"nın 30-cu onlayn iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, toplantıya Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi Con Hill və Almaniyanın müdafiə naziri Boris Pistorius sədrlik edib.

İclasda Ukraynanın müdafiə naziri Denis Şmıxal çıxış edib.

Görüş zamanı beynəlxalq qrupun üzvləri Ukraynada davam edən müharibə ilə bağlı vəziyyəti müzakirə ediblər. Tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə nazirliklərinin rəhbərləri, həmçinin yüksək rütbəli rəsmilər iştirak ediblər.

Qeyd edək ki, ABŞ-nin təşəbbüsü ilə yaradılan "Ramşteyn formatı" 2022-ci ilin aprelində təsis olunub. 2025-ci il fevralın 13-dən etibarən isə bu formatın koordinasiyasını Almaniya ilə birlikdə Böyük Britaniya həyata keçirir.