10 sentyabr 2025 21:01
128

ATƏT-in Minsk qrupu heç vaxt faydalı iş görməyib

ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə yox idi.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Mən Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm, orada belə bir şey olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirməyə, onu təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq alətinə çevirməyə yönəlib", - Paşinyan vurğulayıb.

Bundan əvvəl Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı göstərildiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlanana qədər ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşıb.