10 sentyabr 2025 19:38
136

İsrail husilərin mövqelərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Yəməndə husilərin mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunur ki, zərbə yaraqlıların toplaşdığı hərbi düşərgələrə, qruplaşmanın təbliğat şöbəsinin qərargahına, eləcə də həm Sənada, həm də paytaxtın şimalında yerləşən ərazidəki yanacaq anbarına endirilib.