10 sentyabr 2025 10:44
116

OpenAI Koreya Respublikasında regional ofis açıb

ChatGPT chatbotunun yaradıcısı olan Amerikanın OpenAI şirkəti Koreya Respublikasında regional ofis açıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni nümayəndəlik OpenAI-nin Asiyada Sinqapur və Yaponiyadan sonra üçüncü, dünyada isə 12-ci ofisi olub.

Şirkətin baş strategiya direktoru Ceyson Kvon Seulda keçirilən mətbuat konfransında bildirib: “Koreya Respublikası uzun müddətdir ki, texnoloji güc mərkəzi hesab olunur. Qabaqcıl infrastruktur, innovativ şirkətlər və yeniliklərə açıq cəmiyyət ölkəni süni intellekt üçün ideal mərkəzə çevirir”.

Onun sözlərinə görə, Cənubi Koreyada həftəlik ChatGPT istifadəçilərinin sayı son bir ildə dörd dəfə artıb. Ölkə pullu abunəçilərin sayına görə Asiya-Sakit Okean regionunda birinci yerdədir. Bundan başqa, koreyalı tərtibatçılar OpenAI-nin proqram xidmətlərindən ən çox istifadə edən ilk on ölkə arasında yer alır.