Fransa və Lüksemburqun 21 yaşadək futbolçulardan ibarət komandaları arasında baş tutmalı olan Avropa çempionatının seçmə mərhələ oyunu qəza səbəbindən təxirə salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Lüksemburq yığmasının qəzaya düşməsi olub.
Fransa Futbol Federasiyası tərəfindən biletlər üçün ödənilən pulların geri qaytarılacağı bildirilib. Həmçinin xəsarət alanlara və zərərçəkənlərə tez bir zamanda yardım, həmçinin qəza ilə bağlı xilasətmə xidmətləri göstərildiyi açıqlanıb.
Qeyd edək ki, görüş bu gün Fransada baş tutmalı idi. Qəza səbəbindən matçın oktyabrın 3-nə təxirə salındığı və oyunun keçiriləcəyi yerin sonradan müəyyənləşdiriləcəyi bildirilib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib