Fransanın PSJ klubunun futbolçusu Presnel Kimpembe karyerasını Qətərdə davam etdirməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin məşhur "Lequipe" nəşri məlumat yayıb.
30 yaşlı müdafiəçi "Qətər" komandasında çıxış edəcək. Hazırda danışıqlar son mərhələdədir. Sözügedən ölkədə transfer dönəmi bitənədək (16 sentyabr) Kimpembenin keçidi açıqlanacaq.
Digər Yaxın Şərq təmsilçilərinin, xüsusən də Səudiyyə Ərəbistanı komandalarının oyunçunu almaq cəhdləri uğursuz alınıb.
Qeyd edək ki, fransalı futbolçu 2024/2025 mövsümündə PSJ-də beş matçda meydana çıxıb.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib