DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya yığmasının qonağı olacaq Azərbaycan millisi dəstəksiz qalmayacaq.
“İki sahil” xəbər verir ki, komandanı 30-a yaxın azarkeş dəstəkləyəcək.
Fanatların arasında Avropada fəaliyyət göstərən "Milli Dəstə" fanklubunun üzvləri də var.
Onlar bu gün İslandiyaya yollanacaqlar.
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib