Berlin divarının yıxılmasından sonra ilk dəfə olaraq Almaniyanı tərk edən Polşa vətəndaşlarının sayı daxil olandan çox olub.
“İki sahil” Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına istinadla xəbər verir ki, 2024-cü ildə ölkəyə 76,3 min polyak gəlib, daha 12 min polyak çox - 88,4 min nəfəri tərk edib.
Ekspertlər Polşanın dinamik inkişafı fonunda Almaniyadakı iqtisadi tənəzzülü, alman bürokratiyasında məyusluğu, alman təkəbbüründən narazılığı, eləcə də Polşa hakimiyyəti tərəfindən həyata keçirilən repatriasiya proqramının şərtlərinin cəlbediciliyini göstərirlər.
"The Times" xatırladır ki, əgər 2004-cü ildə Almaniyada orta illik əmək haqqı 30 min avro, Polşada isə cəmi 6 min avro idisə, indi vəziyyət dəyişib - 25 min avroya qarşı 48 min avro. Hazırda Varşavada ixtisaslı işçi Berlində qazana biləcəyindən bir qədər az maaş alır və Polşada mənzil, yemək və uşaq baxımı xərcləri hələ də Almaniyadan aşağıdır.