İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində BMT-nin baş katibi Antoniu Quterreşlə Tehranın nüvə proqramını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb.
İran prezidenti dövlətin məsələni diplomatik yolla həll etmək istədiyini diqqətə çatdırıb.
"İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə konstruktiv və səmərəli əməkdaşlığın qurulması üçün bu əlaqələrin xarakteri və keyfiyyəti barədə qərar qəbul etmək səlahiyyətini ölkənin Ali Milli Təhlükəsizlik Şurasına həvalə edib. İran əməkdaşlığa və məsələnin diplomatik yolla həllinə can atmağa davam edir", - o bildirib.
Öz növbəsində, BMT-nin baş katibi İranın dinc məqsədlər üçün nüvə hüququnu tanıyıb.
"Hesab edirəm ki, siz nüvə silahı yaratmaq niyyətində deyilsiniz və sizin dinc nüvə proqramınız hüququnuzdur. Mən bu hüququ tanıyıram", - Quterreş vurğulayıb.