01 sentyabr 2025 14:55
119

Rusiya qazının “Türk axını” ilə Avropaya ixracı ilin əvvəlindən 7% artıb

2025-ci ilin əvvəlindən Rusiya qazının “Türk axını” ilə Avropaya ixracı 11,5 milyard kubmetrə çatıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) statistikasında qeyd edilib. Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 6,7% çoxdur.

Avqustda bu istiqamətdə Rusiya qazının Avropaya ixracı iyul ayı ilə müqayisədə 2% azalıb. Ötən ilin avqust ayı ilə müqayisədə ixrac 5,5% artıb. Avqustda “Türk axını”nın orta yükü 2024-cü illə müqayisədə 5,5% artaraq sutkada 50,2 milyon kubmetrə çatıb. Bu halda göstərici 2,3% çox olub.