30 avqust 2025 11:34
173

Əli Laricani və Armen Qriqoryan Tehranda görüş keçiriblər

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda görüş keçiriblər.

“İki sahil”in "Tasnim"ə istinadən verdiyi məlumata görə, tərəflər ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.

Görüşün digər təfərrüatları açıqlanmayıb.