Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən mövsümü üçüncü pillədə başa vuran “Neftçi” İK yay transfer dövründə heyətində dəyişikliklər edib.
Azərbaycan Futzal Federasiyasından “İki sahil”ə verilən məlumata görə, baş məşqçi postunda İlkin Hacıyevi Fuad Rzayevlə əvəzləyən “ağ-qaralar” Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev və Seymur Məmmədovla yollarını ayırıb.
Əvəzində “Baku Fire”dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb edilib. Yerli futzalçılarla bərabər legioner axtarışını da davam etdirən paytaxt klubu Dias Ramos Lukas və Senciel Miolli Allekslə ortaq məxrəcə gəlib.
Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb