26 sentyabr 2026 20:21
87

Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.

“İki sahil” xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib. Qadınlardan ibarət komanda isə Sloveniya seçməsinə uduzub - 0,5-3,5.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və ümumilikdə 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.