26 sentyabr 2026 17:11
85

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

“İki sahil” xəbər verir ki,  əsas yarışdan sonra ilk üç pillədə qərarlaşan sürücülərə mükafatlar təqdim edililib. "Mersedes" pilotu Corc Rassell birinci yeri tutub. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

"Üçlüy"ə mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər.