"Liverpul"un vingeri Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının (PFA) 2025-ci ilin ən yaxşı oyunçusu mükafatını qazanıb.
“İki sahil” "Squawka"ya istinadən xəbər verir ki, bununla da o, yeni bir uğura imza atıb.
Misirli forvard İngiltərə çempionatı tarixində 1 mövsümdə 5 fərdi Premyer Liqa futbol mükafatını qazanan ilk futbolçu olub.
Salah 2024/2025 mövsümünün sonunda İngiltərə Premyer Liqasının Qızıl butsunu, Premyer Liqanın ən yaxşı pleymeykeri mükafatını qazanıb, İngiltərə Premyer Liqasında ilin oyunçusu, Futbol Yazıçılar Assosiasiyasının (FWA) ilin ən yaxşı futbolçusu və PFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.
Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb