Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayır.
“İki sahil” xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağıdır.
Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayıb. Mahir start heyətdə yer alıb. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.
Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb