UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona bu işdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.
Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.
Qeyd edək ki, "Ferentsvaroş" -"Qarabağ" oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb