ABŞ-ın Çikaqo şəhərində UFC 319 turniri keçirilib.
“İki sahil” xəbər verir ki, gecənin əsas döyüşü orta çəkidə titul uğrunda cənubi afrikalı Drikus du Plessi ilə BƏƏ təmsilçisi Həmzət Çimayev arasında olub.
Beş raund davam edən görüş Çimayevin 50:44 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə Həmzətə orta çəkidə UFC çempionluq kəmərini qazandırıb.
Qeyd edək ki, bu uğurdan sonra Çeçenistan əsilli Çimaevin peşəkar MMA döyüşlərində 15-ci qələbəsini əldə edib. O, heç bir döyüşdə uduzmayıb. Du Plessi isə UFC-də ilk məğlubiyyətini alıb. Bu, karyerası ərzində ümumilkdə 22 qələbə qaznan cənubi afrikalının üçüncü məğlubiyyəti olub.
Kişilərdən ibarət yığma Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib...
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb