İyulun 20-də Kürdə batan şəxsin meyiti iyulun 31-də tapılıb.
1987-ci il təvəllüdlü Bərdə şəhər sakini Sənan Əliyevin meyiti ötən gün saat 23:20 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, S.Əliyev iyulun 20-d saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən batıb.
Trend