01 avqust 2025 10:07
106

Bərdədə 15 yaşlı oğlan gölməçədə çimərkən boğulub

Bərdədə 15 yaşlı oğlan gölməçədə çimərkən suda boğularaq ölüb.

Hadisə iyulun 31-də saat 15 radələrində baş verib.

Belə ki, 26.12.2009-cu il təvəllüdlü Nihad Rüstəmov Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Trend