01 avqust 2025 09:09
105

Cəlilabadda yük avtomobili aşıb, ölən və yaralılar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Əsədli kəndində qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"