15 iyul 2025 12:28
114

Kliçko Trampın Rusiyaya ultimatumunu "tənqid" edib: Niyə 50 gün?

Kiyev meri Vitali Kliçko ABŞ prezidenti Donald Trampın 50 gün ərzində Ukraynadakı münaqişəyə son qoyulmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək ultimatumunu tənqid edib.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən başa düşmürəm ki, Putinə niyə 50 gün vaxt verilib”, - deyə, o, sual edib.

Kliçko onu da qeyd edib ki, son vaxtlar Rusiya Silahlı Qüvvələrinin Ukrayna hərbi obyektlərinə endirdiyi zərbələrin sayı artıb.

İyulun 14-də NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, rüsumların tətbiq ediləcəyini açıqlayıb.