15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
Onun sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır: "Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm".
Səfir qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb: "Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik".