15 iyul 2025 08:25
122

Kamerun prezidenti səkkizinci dəfə namizədliyini irəli sürüb

Dünyanın ən yaşlı dövlət başçısı olan Kamerun prezidenti Pol Biya 92 yaşında olmasına baxmayaraq, oktyabr ayında keçiriləcək seçkilərdə yenidən namizəd olacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, 43 ildir hakimiyyətdə olan Biya bir müddət daha vəzifə icra etmək istəyir.

Biya sosial media hesablarından 8-ci dəfə namizəd olmağının arxasında "saysız-hesabsız və təkidli çağırışların" durduğunu bildirib.

Kamerun liderinin sağlamlığı və ölkəni idarə etmə qabiliyyəti haqqında narahatlıqlar var. Ötən il altı həftədən çox ictimaiyyətin qarşısına çıxmaması Biyanın sağlamlığı ilə bağlı spekulyasiyalara səbəb olub.

Qeyd edək ki, seçkini qazandığı təqdirdə Biya 7 il daha hakimiyyətdə qalacaq və təxminən 100 yaşına qədər prezident ola biləcək.