14 iyul 2025 22:10
128

Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərinə götürüb.

“İki sahil” xəbər verir ki, bu haqda deputat, ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkədə yazıb.

“Azərbaycan mədəniyyətinin əvəzsiz simalarından biri, tanınmış sənətkar Zaur Rzayev hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnib. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (DGKTXİ) rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir”, - o qeyd edib.