14 iyul 2025 19:42
133

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir.

"Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda qeyd olunub.