14 iyul 2025 19:06
131

Bu ərazidə qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

“İki sahil” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir.

Bu, Masallı rayonu ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədardır.

"Bununla bağlı sabah saat 10:00-dan işlər başa çatanadək ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır", - “Azəriqaz" qeyd edir.