14 iyul 2025 14:20
116

Avropanın qaz anbarları 63% doludur - "Bloomberg"

Avropada yeraltı qaz anbarı təqribən 63% doludur ki, bu da ilin bu vaxtı üçün aşağı göstəricidir.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik qeyd edir ki, Şimali Asiyanın bəzi bölgələri istilər səbəbindən mayeləşdirilmiş təbii qazın alışını artırıb, Avropaya tədarük isə azalıb. Bu o deməkdir ki, avropalılar tədarükləri təmin etmək və qış üçün kifayət qədər qaz toplamaq üçün daha çox pul ödəməli olacaqlar.