Parisdə 14 iyul Milli bayram şərəfinə keçirilən paradda iştirak edən respublika qvardiyasının atı daş döşəmədə sürüşərək süvari ilə birlikdə prezident tribunası qarşısında yıxılıb.
“İki sahil” xəbər verir ki, hadisə Yelisey sarayının "YouTube" səhifəsində yayımlanan paradın translyasiyasına düşüb.
Süvarilər Fransa prezidenti Emmanuel Makronun tribunasının yerləşdiyi Konkord meydanına çatdıqda müxtəlif istiqamətlərə hərəkət zamanı atlardan biri daş döşəmədə sürüşərək böyrü üstə yıxılıb. Süvari atdan düşmək məcburiyyətində qalıb.
Le Parisien qəzeti bildirib ki, parad zamanı Yelisey meydanında qılıncla addımlayan kursantlardan biri təsadüfən qulağını kəsib.