Dağıstanda sudan zəhərlənənlərin sayı 450-yə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyinin nümayəndələri məlumat veriblər.
“Ümumilikdə 450 bağırsaq infeksiyasına yoluxma faktı qeydə alınıb ki, onlardan 422-si uşaqdır”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.
Lakin ağır hallar qeydə alınmayıb.
Maqaramkənd Mərkəzi Rayon Xəstəxanasından 109 xəstə evə buraxılıb.