Müşahidələrimiz göstərir ki, yüksək nəticə göstərənlərin böyük əksəriyyətinin valideynlərindən biri müəllimdir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, həmin valideynlər xüsusilə də riyaziyyat müəllimləri olur.