30 iyun 2025 14:13
130

Polşa Ukraynaya qoşun göndərməyəcək

Polşa Ukraynaya qoşun göndərməyəcək.

“İki sahil” “Rzeczpospolita” qəzetinə istinadla xəbər verir ki, bunu hökumət sözçüsü Adam Szlapka bildirib.

Szlapkanın sözlərinə görə, hakimiyyət Ukrayna ərazisinə Polşa əsgərlərini yerləşdirməyi planlaşdırmır.

Bunun əvəzində ölkə gələcəkdə Kiyevə müvafiq təminatlar verməyə hazır olduqlarını bildirən dövlətləri dəstəkləmək niyyətindədir.

Bundan əvvəl Estoniya Ukraynaya bir rota əsgər göndərməyə hazır olduğunu bəyan edib.