30 iyun 2025 18:25
148

Bild: Ukraynaya yardım üçün nəzərdə tutulan 1 milyard avro Almaniyada "yoxa çıxıb"

Almaniyanın 2025-ci il üçün büdcə layihəsində Ukraynaya əvvəllər vəd ediləndən təxminən 1 milyard avro az məbləğdə vəsait ayrılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki,  bu barədə “Bild” qəzeti məlumat yayıb.

“Kansler Fridrix Merzin kabineti Ukraynaya Pistoriusun bir neçə gün əvvəl Kiyevdə vəd etdiyindən az qala 1 milyard avro az vəsait ayıracaq”, – deyə, məqalədə deyilir.

"Bild" Almaniya Müdafiə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat katibinin nəşrə cavabında qeyd edilib ki, Nazirlər Kabinetinin layihəsində Ukraynaya yardımın məbləğinin 9 milyard avro deyil, 8,3 milyard avro olması heç nəyi dəyişmir:  “Sadə dillə desək, Pistorius nazirliyi federal büdcədən kənarda daha 900 milyon avro tapmağa ümid edir”.

Bundan əvvəl Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun Kiyevə işgüzar səfər etdiyi məlum olub.