İran hakimiyyəti "Starlink" peyk internetinin istifadəçilərini həbs cəzaları və şallaqlarla hədələyib.
“İki sahil” xəbər verir ki, bu barədə ISNA xəbər yayıb.
İran parlamenti daxili sertifikatlaşdırmadan keçməmiş hər hansı internet və rabitə cihazlarının “sistemə qarşı çıxmaq məqsədi ilə” alqı-satqısı, idxalı, istehsalı və paylanmasının rəsmən qadağan edilməsinə səs verib. Bura amerikalı iş adamı İlon Maskın Starlink peyk interneti də daxildir.
DPA agentliyi izah edir ki, qanuna əsasən, pozuntular cərimə, şallaq və ya iki ilədək həbslə cəzalandırıla bilər.