Osmaniyenin (Türkiyə) Kadirli rayonunda meşə yanğını baş verib.
“İki sahil”in DHA-ya istinadla verdiyi məlumata görə, əraziyə çoxlu sayda yanğınsöndürmə qrupu göndərilib.
Məlumata görə, yanğın yerli vaxtla saat 14:00 radələrində rayonun Sarıtanışmanlı kəndində baş verib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Yanğının söndürülməsinə iki helikopter, çoxlu sayda su tankeri və meşə işçiləri cəlb edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”