İranın şimal-qərbində Təbriz neft emalı zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Neft emalı zavodunun yaxınlığındakı qatı tüstünün qəza nəticəsində baş verdiyi qeyd edilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən yoxdur və zavod adi rejimdə fəaliyyətini davam etdirir.