"Bildiririk ki, Rusiya Federasiyası tərəfindən Ukrayna ərazisindəki obyektlərə edilən hücumla əlaqədar bu səhər Polşa və müttəfiq aviasiyası Polşa hava məkanında fəaliyyət göstərmişdir".
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin 10-cu Əməliyyat Komandanlığı tərəfindən "X" sosial şəbəkəsində məlumat yayılıb.
Qeyd edilir ki, mövcud bütün imkanlar səfərbər olunub – əlavə bir cüt qırıcı təyyarə havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya kəşfiyyat vasitələri isə dərhal cavab üçün tam hazırlıq vəziyyətində olub.
Bu tədbirlərin Ukrayna ilə sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı qeyd olunur.
Daha sonra Əməliyyat Komandanlığı Polşa hava məkanında patrul uçuşlarının başa çatdığını elan edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”