29 iyun 2025 14:41
133

İohan Vadeful: Rusiya Almaniyada da həyatımızı birbaşa təhdid edir

Rusiya Almaniyada da sülh və azadlıq şəraitində yaşadığımız həyatı birbaşa təhdid edir.

“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohan Vadeful yerli mediaya açıqlamasında deyib.

O, Rusiyanın Almaniya üçün yaratdığı təhlükənin az qiymətləndirilməməsi barədə xəbərdarlıq edib. Bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə Avropada təhlükəsizlik üçün ən böyük təhdid olaraq qalır və Almaniyanın xarici siyasətinin əsas mövzusudur.

İ.Vadeful NATO-nun Haaqa Sammitində qəbul edilən və müdafiə xərclərinin ÜDM-in beş faizinə qədər artırılması barədə razılaşmanın doğru və zəruri olduğunu vurğulayıb: “Rusiya Prezidenti Vladimir Putin seçmə - təyinatsız bomba terroru ilə ukraynalıların mənəviyyatını sarsıtmağa çalışır. Ukraynanın azadlığı avropalılar olaraq iradəmizin ən mühüm sınağıdır”.